VİDEO-35 ildən sonra tapdığı anası onu rədd etdi

VİDEO-35 ildən sonra tapdığı anası onu rədd etdi

9 Yanvar 2012 19:26
Bəyəndim (0) Bəyənmədim (0)
Doğularkən anası tərəfindən başqa bir ailəyə verilən qadın həyatının serial olduğunu deyir

Seriallara baxmaq artıq dəb halını alıb. Lakin çoxları düşünmür ki, həyatı serialdan da faciəli olan insanlar var. Bir qədər onlara da diqqət yetirmək lazımdır.

O, dünyaya nikahdankənar övlad kimi gəlib. Anası müəmmalı şəraitdə onu körpə ikən başqa bir ailəyə verib. Körpənin satıldığı da istisna olunmur. 5-6 yaşında olarkən atalığı öz həyat yoldaşına deyib ki, sənin elədiyin cinayətdir, nə qədər gec deyil, uşağı sahiblərinə qaytar. O zamanlar atalığın sərt ittihamı balaca Mehribanı düşünməyə vadar edib.

İllər sonra Mehriban bioloji valideynlərinin axtarışına çıxıb. Öyrənib ki, doğma anası bərdəlidir, atası isə naxçıvanlı. Ata rəhmətə getsə də, onun yaxınları Mehribanı doğmaları kimi qəbul etməyiblər. Anası isə ümumiyyətlə, doğma qızını yaxına buraxmaq istəməyib.

Mehriban hal-hazırda xəstədir. Bu səbəbdən iş tapa bilmir. Həyat yoldaşı da yataq xəstəsi olduğundan işsizdir. 35 yaşlı qadın Təzə pir məscidində keçirilən yas mərasimlərində xeyirxah insanlardan yardım toplamaqla birtəhər dolanır.

Təki budəfəki serial xoşbəxt sonluqla bitsin...

Mehriban Bəylərqızı

O.M.