Faytonçu Nazim: "Həyatda, sənətdə xəyanət görmüşəm"

Faytonçu Nazim: "Həyatda, sənətdə xəyanət görmüşəm"

17 May 2011 16:47
1 963
Bəyəndim (0) Bəyənmədim (0)
Kadrarxası söhbət

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır.

Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı yeni bir rubrikanı təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Rubrikamızın bugünkü qonağı Faytonçu ləqəbi ilə tanıdığımız, ancaq nəqliyyat növü kimi faytondan istifadə etməyən Nazim Pişiyaridir.


- Siz nə üçün konsert vermirsiniz?


- Buna tək mənim vəsaitim bəs etmir.

- Sizcə Səməd Səmədov, yoxsa Cavanşir Məmmədov toylar kralıdır?


- Toya gedən hər bir müğənni toy sahibi üçün həmən toyun kralıdır.


- İnternetdən istifadə edən qadınları tənqid hədəfinə niyə tutmuşdunuz?


- Mən internetdən istifadə edən qadınlara pis baxmıram, sadəcə, sosial şəbəkədə gecə saat 3-5-ə qədər oturan qadınları alqışlamıram.


- Əli Mirəliyev şou əhlindən nə istəyir?


- Əli Mirəliyev biləndə ki nə istəyir, onda gec olacaq.))))))))))

- Kərim, Turan, Ədalətlə münasibətiniz?


- Mən yalnız Ədalətlə münasibət saxlayıram.

- Əməkdar artist olmaq istəyərdiniz?


- Hər bir əsgər general olmaq istəyər.

- Toyda ara mahnıları ifa etmirsiniz, niyə?


- Mən o müğənnilərdənəm ki, repertuarımda ara mahnılara yer yoxdur.


- Toy oxuyanlar çoxdur, yoxsa yola verənlər?


- Yola verənlər.

- Toylardan başqa qazanc yeriniz var?


- Xeyr.

- Səhnədə nələr olmasa, yaxşı olar?


- Təsadüfi insanlar.


- Kimə güvənirsiniz çətin anlarda?


- Özümə.


- Nə etmək istəmisiniz, amma etməmisiniz?


- Çox şeylər olub ...

- Xəyanət edən olub sizə sənətdə və ya sevgidə?


- Bəli olub, hər iki halda.


- Niyə duetlərə ekran həyatı vermirsiniz?


- Zamanı gələndə duetlər də ekranlaşdırılacaq.


- Sizcə fayton, yoxsa maşın əlverişlidir?


- Metro hamısından sərfəlidir. )))

- Seriala çəkilmişdiniz, aqibəti necə oldu?


- Mən seriala çəkilməmişəm.


- Tənqidə münasibətiniz?


- Normal.


- Yeni klipiniz sizi qane etdi?


- Bəli.


- Səhnədə olmasaydınız, hansı peşəni seçərdiniz?


- Bilmirəm.

- İlk sevgisini itirənlər, ya qovuşanlar çoxdur?


- Mənim zənnimcə, itirənlər daha çoxdur.

- İki il bundan öncə mənə verdiyiniz müsahibədə demişdiniz ki, Elarizlə barışmaram, bəs nə baş verdi?


- İki ildə çox şeylər dəyişdi.

- Qadın-kişi dostluğuna münasibətiniz?


- Əsl dostluğa normal baxıram.


Bax beləcə, qonağım sualları ayaqüstü cavablandırdı. Sizi bilmirəm, amma mən onun səmimiyyətinə inandım. Ən azı ona görə ki, qeyri-səmimi olmamaq üçün verdiyim sualların bir neçəsini cavabsız qoymuşdu...

Günel Əliqızı

O.M.