Rüstəm İbrahimbəyov: "Erməni xalqı bizə düşmən deyil"

Rüstəm İbrahimbəyov: "Erməni xalqı bizə düşmən deyil"

4 Aprel 2013 20:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır". Bu gün Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun Rusiya mətbuatında müsahibəsi dərc olunub. O, deyib ki, Qarabağ tək azərbaycanlıların torpağı deyil, burda yaşayan əhalinin əksəriyyəti ermənidir: "Biz hesab edirik ki, Dağlıq Qarabağda yaşayan insanların hamısı Azərbaycan vətəndaşıdır. Deməli, onlar da Azərbaycanın digər ərazilərində yaşayan insanlar kimi eyni hüquqlara malikdirlər. Məncə, ermənilərə qarşı düşmənçilik hisslərinin qızışdırılması ciddi səhvdir". Rüstəm İbrahimbəyov Ermənistanın Qarabağı öz torpağı saydığından danışıb: "Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur".

O.M.