“Qarabağda vəziyyətin gərginləşməsi Rusiyanın sülhməramlı missiyasının fəaliyyətini kölgə altına salır”

“Qarabağda vəziyyətin gərginləşməsi Rusiyanın sülhməramlı missiyasının fəaliyyətini kölgə altına salır”

18 Oktyabr 13:47
161
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az politoloq Elçin Mirzəbəylinin Yenisabah.az-a müsahibəsini oxucularına təqdim edir:

- Qarabağda erməni separatçıları tərəfindən təxribatların artması müxtəlif versiyaların ortaya çıxmasına səbəb olur. Rusiya sülhməramlıları tərəfindən situasiyanın qəsdən gərginləşdiyini iddia edənlər var. Yəni Kreml bölgədəki sülhməramlı kontengentinin sayını artırmaq üçün vəziyyəti gərginləşdirmək də maraqlıdır. Maraqlıdır, Rusiya həqiqətənmi hərbi qüvvələrinin sayını artırmaq niyyətindədir?

- Bununla bağlı alternativ fikirlər çoxdur. Rusiyanın əraziyə əlavə əsgər gətirmək niyyəti ilə bağlı daha öncədən mülahizələr səsləndirilib. Göründüyü kimi, bu prosesin Azərbaycanın razılığı olmadan hər hansı bir formada baş tutması mümkün deyil. Amma rəsmi şəkildə sühməramlıların sayının artırılması ilə bağlı konkret hər hansı bir fikir səsləndirilməyib. Çünki sülhməramlıların sayının artırılması üçün hüquqi əsaslar olmalıdır. Rusiya sülhməramlıları Azərbaycan ərazilərindəki missiyalarını faktiki olaraq 10 noyabr bəyanatının müddəalarına əsasən həyata keçirir.

Orada konkret say göstərilib. Hər hansı bir müddət artımı və yaxud say artımı ilə bağlı əlavə sənəd imzalanmalı və məhz həmin sənədə uyğun şəkildə bu proses həyata keçirilməlidir. Bu günə qədər həmin o sənəd ortalıqda yoxdur. Hər hansı bir sənəd də heç imzalanmayıb.

- Rusiya Qarabağda vəziyyətin gərginləşməsində maraqlıdırmı?

- Rusiya bu məsələdə maraqlı ola bilməz. Çünki həmin ərzailərdə təxribatın törədilməsində davamlı şəkildə həyata keçirilməsi əslində, Rusiyanın sülhməramlı missiyasını fəaliyyətini kölgə altına salır. Effektivliyini sual altında qalır. Bu da nəticə etibarı ilə Rusiyanın maraqlarına qətiyyən xidmət etmir. Sülhməramlıların sayı konkret ərazini nəzərə alsaq, az deyil. Mahiyyət etibarı ilə 1950-2000-ə yaxın insan sülhü təmin etmək iqtidarındadır. Nəzər çatdırım ki, bundan daha böyük ərzilərdə vaxtı ilə BMT-nin sülhməramlılarının iştirak etdiyi sülhü təmin etmə proseslərində bundan daha az hərbçilər iştirak edirdilər.

Say azlığı ilə bağlı sürülən arqumentləri əsassız hesab edirəm. Düşünürəm ki, buradan bölgəyə 3-cü qüvvələrin cəlb edilməsini istəyən dairələr daha çox maraqlıdır. Çünki məqsəd ondan ibarətdir ki, münaqişənin başa çatmadığı haqda bir bəhanə yaratmaqdan, prosesə ATƏT-in Minsk qrupunun müstəvisini qaytarmaqdan və Minsk qrupunun digər həmsədrlərinin də iştirakı ilə yeni sülhməramlı missiya mandatı formalaşdırmaqdan ibarətdir. Bu daha çox bölgədən kənar güclərin maraqlarına uyğundur.

Mahiyyət etibarı ilə Qarabağda vəziyyətin pisləşməsi Rusiyaya lazım deyil. Bu onların missiyasına kölgə salacaq və öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər.

- Gərginliyi yaradan Rusiya deyilsə, bəs kimdir? Gərginliyi yaradan Paşinyanın tərəfdarları ola bilərmi?

- Nikol Paşinyanın tərəfdarlarının son dövrlərdəki səsləndirdiyi fikirlərə nəzər salsaq, düşünürəm ki, mahiyyət etibarı ilə onlar da bu məsələdə maraqlı olmalı deyillər. Lakin şübhəsiz, Nikol Paşinyanın qrupunun komandanı içərisində vaxtı ilə Soros Fondu ilə yaxından əməkdaşlıq edən, bu və ya digər şəkildə Qqərb dairələrində bağlı olan şəxslər var. Onlar bu prosesdə də iştirak etməsi müəyyən qədər də olsa, mümkündür. Digər tərəfdən, revanşist qüvvələr də bunda maraqlı ola bilərlər. Çünki yenidən hər hansı bir formada prosesləri hərbi əməliyyatlar müstəvisinə gətirməklə, Errmənistan daxilindəki bu prosesi Ermənistana ötürə bilərlər. Bu müəyyən qədər inandırıcı görünür. Ermənistanda keçirilən yerli seçkilərdə Nikol Paşinyanın tərəfdarlarının artıq iki əhəmiyyətli bölgədə məğlub olduğuna şahidlik edirik. Bu aspektdən də Ermənistanın daxilindəki proseslərə təsir göstərmək xarakteri də daşıya bilər. Hər halda bir faktın başa çatması üçün orda birmənalı şəkildə konkret hər hansı bir qüvvənin iştirak etdiyini söyləmək çətindir. Stimullaşdırıcı qüvvə başqası ola bilər. Amma ola bilsin ki, yaranmış vəziyyətdən prosesin gedişinə uyğun olaraq ayrı-ayrı qüvvələr də istifadə etsinlər.