"Ermənilər harda varsa, orda təhlükə var, heç zaman biz onlarla bir yerdə yaşaya bilmərik..."

"Ermənilər harda varsa, orda təhlükə var, heç zaman biz onlarla bir yerdə yaşaya bilmərik..."

20 Sentyabr 12:23
184
Bəyəndim (1) Bəyənmədim (0)

Oxuməni.az Xalq artisti Ağacəbrayıl Abasəliyevin Moderator.az-a müsahibəsini oxucularına təqdim edir:

- Ağacəbrayıl müəllim, yeni tədris ilindən dərslər artıq əyani olacaq. Təbii ki, onlayn dərslərin keçirilməsi hamı kimi sizin də ürəyinizcə deyildi...

- İnşallah dərs ilinin başlamasına az qalıb, bütün musiqiçilər kimi mən də sevinirəm. Yaxşı olar ki, dərslər onlayn olmasın. Sizi inandırım ki, musiqi onlayn tədris oluna bilməz. Nəinki musiqi, heç heç həkimlik də ola bilməz. Çünki burda not əsəri çalınır, bunu müəllim şagirdə göstərməlidir. Bir sözlə, onlayn musiqiyə yad olan bir tədris metodudur, elə bilirəm ki, inşallah əvvəlki qaydayla dərslərimizə başlayacağıq.

“Üzeyir bəyin şəxsiyyətində Azərbaycan böyük musiqi peyğəmbərinin gününü qeyd edir...”

Şübhəsiz ki, iki gün öncə Üzeyir bəyin doğum günü münasibətilə ölkədə keçirilən musiqi festivallarından da danışmaq istəyirəm. Bu möhtəşəm bir musiqi bayramıdır, bunu ilk dəfə maestro Niyazi dilə gətirmişdi və ondan da sonra hər il sentyabrın 18-də musiqi bayramı keçiririk və hamı bir-birini təbrik edir. İnsanın bir tərəfi üstün, digəri tərəfi zəif ola bilər. Amma Üzeyir bəyin şəxsiyyətində Azərbaycan böyük musiqi peyğəmbərinin gününü qeyd edir. Çünki Üzeyir bəyin etmədiyi gözəl işlər yoxdur. Musiqidə nə varsa, hər şey gözəl işlərlə bağlıdır. Onun əsərləri dillər əzbəridir, biz də bunu tələbələrimizə tədris edirik. Amma onu da qeyd edim ki, Üzeyir bəy böyük mütəfəkkir idi, Sovet dövründə Azərbaycanda nə qədər istedadlı bəstəkarlarımız var onlar Üzeyir bəyin köməkliyilə Moskvadan gələn professorların hesabına təhsil alıblar. Bu baxımdan Üzeyir bəyin bir yerdə opera yaradıcılığını qeyd edəndə, o biri yaradıcılığı yaddan çıxmır. Yəni ki, bu böyük şəxsiyyət hər bir sahədə öz işini Azərbaycan xalqı üçün edib və bu gün də onun əsərlərinə qulaq asanda görürsən ki, nə qədər doğma, ürəkaçandır. Çünki müasir musiqiyə qədər muğam üzərində olan “Leyli və Məcnun” operasını yazmışdı, sonra isə dedilər ki, professional opera olsun və o, da “Koroğlu” operasını yazdı və sübut etdi ki, belə istedadı da var. Allah Üzeyir bəyin ruhunu şad eləsin. Azərbaycanda nə qədər musiçilər, bəstəkarlar, nəzəriyyəçilər, müğənnilər varsa, hamısı Üzeyir bəyə borcludur.

- Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətdən sonra hələ də təxribatlar törətməyə cəhd edir. Belə görünür onların bizimlə sülh şəraitində yaşamaq niyyətləri yoxdur...

- Bizim 44 günlük Vətən müharibəmiz tariximizə qızıl hərflərlə yazılıb. Bu müharibənin başında bizim Ali Baş Komandan Cənab İlham Əliyev durur. Mən bir vətəndaş kimi öz minnətdarlığımı bildirirəm ona görə ki, müharibədə qalib gələndən, o çətinlikləri görəndən sonra ikinci çətinliklər başlayıb. Ağdam şəhəri yerlə-yeksan olub, amma çox sağ olsun Cənab Prezident onu minalardan təmizlətdirib və indi yeni bir şəhər salınır. Nə qədər orda ermənilər tərəfindən dağıntılar olubsa, hamısı bərpa olunur. Yəni müharibənin davamı gedir və çox şadam ki, belə şanlı bir zamanda yaşayıb bu günləri gördüm. Çünki biz xaricdə olarkən həmişə konsertdən sonra Azərbaycan diaspor üzvləri bizə sual verirdilər ki, vəziyyət necədir? Torpaqlar nə vaxt alınacaq? Soydaşlarımız nə vaxt Qarabağa qayıdacaqlar? kimi suallar verirdilər. Dorğusu, biz bu suallardan yayınırdıq, dəqiq məlumat verə bilmirik. Çünki bu bizim sahəmiz deyildi, bütün bu işlər bizim Ali Baş Komandanımızın əmriylə, gözəl niyyətiylə baş tutdu. Bu günki gün də bütün respublika səviyyəsində işlər davam edir. 44 günlük Vətən müharibəsinin dünyada analoqu yoxdur, dünya dövlətləri bizim təcrübəmizdən çox şeylər öyrənirlər. Amma çox təəssüf ki, bizim düşmənlərimizin ağılları başlarına gəlmir. Biz bu müharibədə öz qonşularımızı da yaxşı və yaxından tanıdıq, onların iç üzlərini gördük. Onlar indi də öz pis əməllərini eləyirlər. Dildə bizə qardaş deyirlər, amma bu gün İrandan Ermənistana yardım maşınları gedir.

“Mən də bir musiqiçi kimi erməniləri meşədə zırtan heyvanına bənzədirəm...”

Dünya mütəfəkkirləri ermənilərə daim yaxşı adlar veriblər, onları xarakterizə ediblər. Mən də bir musiqiçi kimi erməniləri meşədə kaftar heyvanına bənzədirəm. Ermənilər həyatda heç nə etmirlər və onlar da ancaq kaftarlar kimi kiminsə ovunu yeyirlər. Oxuduğuma görə ermənilər Hindistandan gələn qaraçı köklü tayfadırlar, dünyaya səpələniblər, onlar harda varsa, orda təhlükə var. Ömründə biz ermənilərlə bir yerdə sülh şəraitində yaşaya bilmərik. Mən Gorus-Qafan yolunda Azərbaycan polisinin qondarma rejimin “bayrağ”ını maşının üstündən süngüylə qoparmasını gördüm, çox sağ olsun. Bu qürurverici anlar idi.

“Sizi inandırım ki, Cıdır düzündə o havanı udanda elə bilirsən ki...”

Mən 1975-ci ildə Şuşada olmuşam və Üzeyir bəyin 90 illiyinə getmişdik. Rəhmətlik Cahangir Cahangirov, Süleyman Əsgərov və tələbə heyətiylə Cıdır düzündə, Üzeyir bəyin ev muzeyində olduq. Sizi inandırım ki, Cıdır düzündə o havanı udanda elə bilirsən ki, dünyanın ən gözəl nemətini udursan. Orda kim olubsa, bunu bilir. Arzu edirəm ki, yollarımız tam bərpa olunsun, o yerlərə rahat gedək, konsertlər verək, Üzeyir bəyin adıyla bağlı böyük festivallar olsun. Bizim sənətkarlarla dünya sənətkarları bir yerdə konsertlər versin. Vəzifəsindən, kimliyindən asılı olmayaraq hərə öz postunda mübariz olsun. Onda biz hamımız Cənab Prezidentə kömək etmiş olarıq. Allah bizi belə qonşulardan qorusun. Mən Azərbaycanın gələcəyinə çox ümidlə baxıram və tezliklə Şuşaya gedib ordan müsahibə verməyi arzu edirəm”.