“Amerika səfiri gecə-gündüz ermənilərlə tut arağı vurur” - Şok iddia

“Amerika səfiri gecə-gündüz ermənilərlə tut arağı vurur” - Şok iddia

16 Sentyabr 16:07
197
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Politoloq Qabil Hüseynlinin Yenisabah.az-a müsahibəsini oxucularına təqdim edir:

– Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə danışıqlara hazır olduğunu bildirib. Bundn əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da rəsmi Ankaranın Ermənistanla münasibətləri normallaşdırmağa hazırlığını dilə gətirib. İrəvan-Ankara əlaqələrinin qurması ehtimalı fonunda Azərbaycan faktoru hansısa rol oynaya bilərmi?

- Regiondakı hadisələr kompleks halında həll edilməlidir. Ola bilməz ki, Ermənistan-Türkiyə münasibətləri istiqamətində addımlar atılsın, amma bölgənin əsas problemi olan Ermənistan-Azərbaycan münasibətləri bu səviyyədə qalsın. Bu mümkün olmayacaq. Əgər Paşinyan bu cür düşünürsə, ciddi surətdə yanılır. Türkiyə Azərbaycanı qane etməyən hər hansı bir addımı atmayacaq. Türkiyənin müdafiə naziri Hulusi Akarın fikirərinə diqqət yetirin. Türkiyənin ombudsmanı Şərəf Malkoç da Azərbaycana gələndə eyni fikirləri səsləndirib. Bu şəxslər yüksək səviyyəli siyasilərdir və onlar bu prinsip ilə hərəkət edirlər.

– Gələcəkdə Türkiyə ilə Ermənistanla imzalana biləcək sülh sazişi Türkiyə və Azərbaycan əlaqələrində hansısa dəyişiklik edə bilərmi?

- Türkiyə illərdir ki, bu siyasəti həyata keçirr, düşünmürəm bundan sonra öz siyasətinə hansısa bir dəyişiklik edə. Üstəlik Türkiyə Şuşa bəyanaməsini imzalayıb, Zəfər Paradında iştirak edib. Son bir neçə gündə Azərbaycanla Türkiyə arasında “qardaşlaşmış ordu” prinsipiylə yeni tipli ordu quruculuğu məsələlərinin həyata keçirilməsi fonunda Azərbaycanı qane etməyən hansısa bir addım atıla bilərmi? Bu qeyri-mümkündür.

- Türkiyənin Ermənistana şərtləri nə ola bilər?

– Türkiyə sözsüz ki, deyəcək: ilk növbədə, Azərbaycanla münasibətlərinizi qaydaya salın, bundan sonra sizinlə əlaqələr qurmağa hazırıq. Qardaş ölkə onsuz da bu fikri bir neçə dəfə səsləndirib.

– Sizcə, Rusiyanın bu məsələyə baxışı necədir?

– Rusiya bildirir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılmasına öz tövhəmizi verə bilərik. Amma Rusiya burada pozuculuq işləri ilə məşğul olursa, Qarabağda erməni diversant dəstələrini silahlandırırsa, Türkiyəyə nə məsləhət verəcək!?

– Hərbi parad, ard-arda təlimlər “Turan Ordusu”nun yaranmasına bir işarədir?

– Türk dünyasının birləşdirilməsi istiqamətində çox önəmli hadisələr baş verir. Bunun mayasında “Turan Ordusu”nun yaradılması prinsipi dayanır. Prosesin nəticəsi də artıq Azərbaycan və Türkiyənin ordu birləşmələrinin birgə təlimi və qardaşlaşmış briqadaların yaradılması şəklində özünü göstərir. Ona görə də bir daha qeyd edirəm, Türkiyə Azərbaycana zidd olan heç bir addımı atmayacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında da qeyd edib ki, bölgədəki sərhəd münaqişələri aradan qaldırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Ərdoğan bildirib ki, bölgədə qalıcı və əbədi sülh razılaşması əldə edilməlidir.

– Əbədi sülh ideyasına, gerçəkləşərsə, sonradan xəyanət ehtmalı varmı?

– Azərbaycan artıq dostunu da, düşmənini də tanıyır. Kimin kim olduğunu bilir. Ermənistanla münasibətlər qardaşlaşmış münasibətlər səviyyəsində olmayacaq. Rəsmi münasibətlər qurulacaq və yaxın qonşuluq əlaqələri də bərqərar ola bilər. Ermənistanla qaynayıb-qarışmaq və s. qeyri-mümkündür. Ən azı 30-40 il lazımdır ki, Azərbaycana vurulmuş yaralar sağalsın.

– Bir sıra Qərb ölkələri, o cümlədən ABŞ, Fransa, Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək yenə də Qarabağın statusu məsələsini gündəmə gətirir. Buna səbəb nədir?

- Qərb xristian təəssübkeşliyinə əsasən hələ də Ermənistana yardım edir. Başda ABŞ olmaqla Ermənistana humanitar yardımlar göndərilir, həmişə onu “əzizləyir”. Ermənistandakı Amerika səfiri Linn Treysi işini-gücünü atıb Ermənistanı gəzib-dolaşır, gecə-gündüz ermənilərlə tut arağı vuraraq status məsələsindən dəm vurur. Mən ona baxanda gözüm önündə sərxoş qadın obrazı canlanır. Bu səfirin başqa işi-gücü yoxdurmu?