85 milyona vaza aldı, pulunu ödəmədi

85 milyona vaza aldı, pulunu ödəmədi

26 Aprel 2011 10:56
840
Bəyəndim (0) Bəyənmədim (0)

İddiaya görə, ölkəsindən oğurlanmış tarixi əsərlərin satılmasına qarşı çıxan Çin hökuməti planla hərəkət edir. Əntiq parçaların sərgilərdə satılmamağı üçün Çin auksiona öz vətəndaşlarından birini göndərir. Həmin adam auksionda qazansa da, sonradan pulu ödəmir.


Belə ki, İngiltərənin paytaxtı Londonda 6 ay öncə Çin xanədanlığına aid əntiq vaza satışa çıxarılmışdı. Əldə olunan məlumata görə, bu vazanı 85 milyon dollara Çinin əmlak kralı 56 yaşlı Vanq Canlin alıb. O, vazaya müştəri çıxsa da, hələ bu günə kimi əntiq əşyanın pulu ödənməyib.


Pullu olmaq əsas deyil, əsas pulu xərcləyəndə ürəkli olmaqdır...


Günel Həbib


O.M.