Vücudu durmadan böyüyən insan bu vaxta qədər həkimə belə getməyib

Vücudu durmadan böyüyən insan bu vaxta qədər həkimə belə getməyib

31 May 2012 14:16
Bəyəndim (0) Bəyənmədim (0)
O, dərdinə dərman axtarır

Nadir görülən xəstəlikdən qolları, əl və ayaqları, başı qarşısı alınmaz qədər böyüyən talesiz insan müalicə almaq istəyir. Pakistanda yaşayan 22 yaşlı bu gəncin xəstəliyi "Proteus" sindromu olaraq bilinir. Olduqca nadir görülən bu xəstəliyə düçar olanların vücudlarının bəlli hissələri durmadan böyüyür. Xəstəliyini Tanrı tərəfindən ona verilmiş cəza kimi görən gənc ailəsindən güc alaraq, həyatını davam etdirə bilir. Larohe sakinlərinə özünü uzun zaman sonra alışdıra bilən Mümtaz normal insan kimi yaşamaq istədiyini dilə gətirib. Mümtaz, "Uşaqlıqdan bu xəstəlik yaxamdan əl çəkməyib. Mənim əslində yaşıdlarımdan həyat baxımından heç bir fərqim yoxdur. Yalnız vücudum anormaldır", - deyir. Uşaqlıqdan bu yana bir dəfə də olsun həkimə getmə fürsəti olmayan Mümtazın yeganə arzusu evlənib, uşaq – ailə sahibi olmaqdır.

Günel Həbib

O.M.