Pişik konservi yeyib, puluna qənaət edən milyonçu - VİDEO

Pişik konservi yeyib, puluna qənaət edən milyonçu - VİDEO

30 Yanvar 11:23
956
Bəyəndim (0) Bəyənmədim (0)

Las-Veqasdan olan milyonçu Emmi Elizabet puluna necə qənaət etməsindən danışıb.

Oxuməni.az xəbər verir ki, milyonçu ay ərzində bütün xərclərini 1000 dollarla qarşılayacağını özünə şərt qoyub.

Məsələ ilə bağlı axşam.az-ın yazdığına görə, əlavə xərclərdən yayınmaq üçün Emmi hamamdakı istilik sistemini yalnız duş qəbul edəndə 22 dəqiqəlik şəbəkəyə taxır, ikinci əl paltarlar geyinir. Ay ərzində qidalanmaq üçün aldığı ərzaqlar bitəndə isə pişik konservləri yeyir. Evi üçün yeni əşyalar almayan milyonçu qabyuyan süngəri süzülüb yararsız hala düşənə qədər istifadə edir.

Pişik konservi yeyib, puluna qənaət edən milyonçu - VİDEOMüntəzəm olaraq Los-Ancelesə ezamiyyətə gedən Emmi aviabiletlərə pul xərcləməmək üçün 17 ildir idarə etdiyi avtomobilindən istifadə edir:

"Mən bilirəm ki, insanlar bunu görür və bir çoxları qıcıqlanır, amma mənim vecimə deyil. Bununla il ərzində 200 min dollara qənaət edirəm".

Qeyd edək ki, Emminin hazırda 5,3 milyon dollar sərvəti var.

Oxuməni.az videogörüntüləri təqdim edir: