İt 10 yaşlı uşağı canavarın caynağından xilas etdi

İt 10 yaşlı uşağı canavarın caynağından xilas etdi

29 Dekabr 2020 10:18
Bəyəndim (8) Bəyənmədim (0)

Rusiyada maraqlı hadisə yaşanıb. Belə ki, terrier cinsinə mənsub it 10 yaşlı uşağı canavar hücumundan xilas edib.

Oxuməni.az xəbər verir ki, hadisə Rusiya Federasiyasının subyektlərindən biri olan Komi Respublikasında baş verib. Ailə videogörüntünü rus mediası ilə paylaşdıqdan sonra azyaşlını ölümdən xilas edən it ölkənin yeni qəhrəmanı olub. Görüntülər qısa müddət ərzində milyonlarla insan tərəfindən izlənib.