Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd edib

Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd edib

2 Dekabr 2020 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

"SpaceX"in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.

"Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra" - Mask deyib.

O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.

Oxuməni.az