Çox işləyənlər daha çox yaşayırlar

Çox işləyənlər daha çox yaşayırlar

15 Noyabr 11:13
768
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin Uppsalsk Universitetinin alimlər qrupu necə həyat tərzinin demans xəstəliyi səviyyəsinə və insanın uzunömürlü olmasına təsir etdiyini müəyyənləşdirməyə qərar veriblər.

Oxuməni.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, söhbət orta və qoca yaşlardan gedir. Araşdırma nəticəsində müəyyən olunub ki, dövlət təqaüd yaşını artıraraq milləti sağaldır.

İsveç tədqiqatçıları 12 il ərzində beş yüz 70 yaşlı kişi və qadının həyat tərzi və sağlamlıq dəyişikliyini araşdırıblar. Məlum olub ki, işə getməyə davam edən 80 yaşlı insanlar daha çox yaşayır və zehni sağlamlığını qoruyaraq özlərini daha yaxşı hiss edirlər. Əvvəllər daha yaxşı istirahət etmiş könüllülər arasında demans xəstəliyinin nisbəti bir neçə il sonra xeyli artıb.

Bundan başqa, sağlam qidalanmaya üstünlük verənlərin və rasionda karbohidratlardan normadan artıq istifadə etməyənlərin daha çox möhkəm sağlamlığa malik olmaları müəyyən edilib. Belə ki, sınağın iştirakçıları 12 il sonra müayinədən keçiblər, onlardan demək olar, 50-də alsqeymer xəstəliyi və 80 insanda qocalıq demensiyası aşkar olunub. Bununla yanaşı, 105 nəfərdə yaddaş, nitq çətinliyi və zəif idrak funksiyaları müəyyənləşdirilib.

Səda