15 il komada olan şahzadə özünə gəlməyə başlayıb-VİDEO

15 il komada olan şahzadə özünə gəlməyə başlayıb-VİDEO

3 Noyabr 09:27
1 461
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə şahzadəsi əl-Valid bin Xalid əl-Səud 15 il komada qaldıqdan sonra əlini tərpətməyə başlayıb.

Oxuməni.az-ın dailymail.co.uk-a istinadən verdiyi xəbərə görə, bundan əlavə, şahzadə səsə reaksiya verib. Bununla bağlı hamını şoka salan video şahzadəni müayinə edən həkim tərəfindən Tvitterdə yayımlanıb.
Videogörüntülərdə həkim şahzadədən əlini tərpətməyi xahiş edir və o buna cavab olaraq deyiləni edir. Bundan sonra həkim şahzadədən əlini daha da qaldırmasını istəyir və o da bu xahişi yerinə yetirir.

Xatırladaq ki, şahzadə 2005-ci ildə hərbi kollecdə oxuduğu zaman qəzaya düşüb. O vaxtdan bəri şahzadə beyninə qan sızmasından komada olub, onu ağ ciyərlərin süni ventilyasiyası aparatına birləşdiriblər. Həkimlər şahzadənin beyninin öldüyünü öyrəndilər, ancaq atası Jared bin Talal oğlunu həyat təminatı aparatından ayırmaqdan imtina etdi. Bütün 15 il ərzində o, oğlunun yaxşılaşacağına ümidini itirmədi. Son beş ildə şahzadə həkimlərin nəzarəti altında evdə müalicə olunurdu.

Emin Axund