75 il sonra ilk dəfə çiçək açdı

75 il sonra ilk dəfə çiçək açdı

25 Aprel 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrənin şimalındakı Bazel şəhərində olan murdar ətirli nəhəng çiçəyə turistlər baxmaq üçün axın edirlər.


Latınca adı "Amorphallus titanum" olan "Cəsət çiçəyi" çürümüş ət qoxusu yayması ilə məşhurdur. İsveçrədə 75 il sonra ilk dəfə açan çiçək üçün Bazel Botanika Parkının səlahiyyətliləri ən az 10 min ziyarətçi yolunu gözlədiklərini söyləyirlər. Təxminlərə görə, iki metr yüksəklikdəki "Cəsəd çiçəyi" bu gün gecə saatlarında, ya da ən gec sabah solacaq.

Bu maraqlı çiçək indiyə qədər süni üsullarla 134 dəfə açıb. Çiçəyin ana vətəni İndoneziyanın Sumatra adasındakı tropik yağış meşələridir. Nəmli iqlimlərdə yetişir və yabanı təbiət şərtlərində çox nadir hallarda çiçək açır. Çürümüş ət qoxusuna bənzəyən ətri böcəkləri özünə çəkməyi bacarır.

Günel Həbib