Qızının qızının nəvəsini qucağına götürdü

Qızının qızının nəvəsini qucağına götürdü

14 May 2012 01:08
1 685
Bəyəndim (0) Bəyənmədim (0)
6 nəslin nümayəndəsi bir arada

Evləndikdən sonra 16 yaşında ilk övladını dünyaya gətirən 111 yaşlı qadın altıncı nəsil nəvəsi ilə "Analar günü"ndə kameralara poza verdi. Yaşlı qadınla birlikdə qızları və nigər nəvə-nəticələri də kameralara gülümsədilər.

Amerikanın Virciniya bölgəsində yaşayan 111 yaşlı Molli Vud 6-cı nəsildən olma nəvəsini qucağına götürdü. Ən kiçik nəvəsini qucağına alarkən olduqca xoşbəxt görünən qəhrəmanımız belə bir durumu xəyalına belə gətirmədiyini, ancaq xoşbəxt olduğunu dilə gətirdi. "Ntvmsnbc"nin xəbərinə görə, mart ayında qızının qızının nəvəsini qucağına alan Vud 1901-ci ildə dünyaya gəlib. O, uzun ömrünün sirrinin xoşbəxt ailəsində gizli olduğunu qeyd edib. Həmçinin, Molli öz əlləri ilə bişirdiyi yeməklər sayəsində 111 yaşına qədəm basdığına da inanır.

Günel Həbib