Çin yandı

Çin yandı

25 Aprel 2011 12:16
916
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarda verdiyimiz məlumata görə, Çinin paytaxtı Pekində alovlanan bir binada 17 nəfər ölüb, 24 nəfər isə yaralanıb.


Rəsmi Sinhua agentliyinin xəbərinə görə, yanğın Daxinq bölgəsindəki Jiugong səmtində 4 mərtəbəli bir binada meydana gəlib. 200 nəfərlik yanğınsöndürmə heyəti alovu yatırmaq üçün əllərindən gələni əsirgəməyiblər. 30 nəfər binadan evakuasiya edilib. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıblar.


Yanğının səbəbi araşdırılır.


Fövqəladə hallardan qorunmaq üçün onu yaratmamaq lazımdır...


Günel Həbib

O.M.