Moskva üzərində sirli parlaq işıq izi müşahidə edilib

Moskva üzərində sirli parlaq işıq izi müşahidə edilib

14 Sentyabr 15:56
1 343
Bəyəndim (3) Bəyənmədim (0)

Moskva səmasında sirli parlaq işıq izi müşahidə edilib.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müvafiq şəkil Pıkabu portalının istifadəçilərindən biri tərəfindən bazar ertəsi paylaşılıb.

Sutkanın qaranlıq vaxtında çəkilmiş fotoşəkillərdə buludların arasında parlaq şüa və ya raket izini xatırladan parıldayan zolağı görmək olar. Hələlik fotoşəkilin tam olaraq harada çəkildiyi dəqiqləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri şəklə yazdıqları şərhlərdə zarafatla bunu dünyanın sonunun çatması kimi dəyərləndiriblər.

Oxuməni.az