Su və ya noxudla gələcəyi bilmək olarmış

Su və ya noxudla gələcəyi bilmək olarmış

4 Aprel 2011 12:43
869
Bəyəndim (0) Bəyənmədim (0)
Sınamaq pulsuzdur

Fallar haqqında fikirlər birmənalı olmasa da, ona duyulan maraq azalmaq bilmir. Əsasən də gənclər sevgi dünyalarında onları nələrin gözlədiyini bilmək istəyirlər. Bunu nəzərə alaraq, mən də "nənəmin boxçası"ndan sizə sadə fallar gətirmişəm. Sınamağı sizdən, həyata keçməsi isə taledən asılıdır.

- Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Sonra niyyət tutub, yerinə qoyursan. Əgər bir neçə müddətdən sonra daşın altında ot bitsə, deməli, arzun həyata keçəcək.

- Hamı yatandan sonra qabın içərisində böyük bir kağız yandırıb ağ divarın küncünə tutursan. Orada sevdiyin şəxsin hansı işlə məşğul olduğu əks olunacaq.

- Sacın üzərinə hərə öz adına bir buğda atıb niyyət tutur. Kimin buğdası tez sıçradısa, onun arzusu reallaşacaq.

- Bəxt üzüyünü sapa keçirib ovuca yaxın göydə saxlamaq lazımdır. Əgər üzük yanlara doğru gedirsə, deməli, oğul övladı dünyaya gələcək. Yox, əgər fırlanırsa, qız. Tərpənmirsə, o ailədə uşaq gözlənilmir. Unutmayın ki, tərpənən üzüyün hərəkətini saymaq mütləqdir. Çünki o say qədər uşağınız ola bilər.

- Su falına baxmaq üçün əvvəlcədən işlədilməmiş təzə qab götürülür, içərisinə su doldurulur. Fala baxan şəxs falına baxdığı adamın adını ürəyində tutur. Sonda suda çıxan ləkələrə görə əks tərəfin falına baxır.

>> Dağ şəkli - uzaq yol

>> Quş şəkli - xoş xəbər

>> Dairəvi şəkil - bəd xəbər, göz yaşı

>> Ləkəsiz - aydın, uzun ömür, açıq yol


NOXUD falı:

Falına baxılan şəxs ürəyində arzu tutmalıdır. Bundan sonra 41 ədəd noxud götürülür. Təxmini olaraq əllə onlar 3 hissəyə bölünür. Sonra bir hissəni ayırıb götürmək, onu da öz növbəsində 3 hissəyə bölmək lazımdır. Yenidən bölünmüş bu hissədən 4 noxud götürülür. Həmin hissədə qalan noxudların sayına görə niyyətin həyata keçib-keçməyəcəyini müəyyən etmək olar.

>> 1 noxud - uzaq yol

>> 2 - xəbər gözləmək və ya darıxmaq

>> 3- şadlıq və ya şad xəbər

>> 4- məclis, yığıncaq

>> -5 və ya daha artıq noxudlar niyyətin reallaşacağını bildirir.

Günel Həbib

O.M.