İmmunitetin 5 ən böyük düşməni

İmmunitetin 5 ən böyük düşməni

13 May 15:23
9 793
Bəyəndim (0) Bəyənmədim (1)

İmmun sistemi bizi həm xarici (virus, mikrob və s.), həm də daxili (xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur.

Oxuməni.az Sağlamolun.az-a istinadən xəbər verir ki, İmmunitet çox mürəkkəb sistemdir. Mütəxəssislər deyir ki, immun sistemini zəiflətmək asan, möhkəmləndirmək isə çox çətindir. Bu səbəbdən immun sistemini zəiflədən amillərdən uzaq olmaq lazımdır.

Xarici KİV-lərə istinadla immun sistemini zəiflədən əsas 5 amili sizə təqdim edir:
1. Qeyri-sağlam qidalanma
Qidalanma mümkün qədər sadə, təbii və sağlam, vitamin, mineral və liflərlə zəngin olmalıdır.
Qidalanmada həzm olunmayan liflərin bol olması bağırsaq mikroflorasını normallaşdırır. Sağlam bağırsaq mikroflorası isə immun sisteminin yaxşı işləməsi üçün çox vacibdir.
Meyvə, tərəvəz, paxlalılar, göyərti qidalı liflərlə zəngindir.

2. Şəkər və şirniyyatlardan sui-istifadə
Şəkərin həddindən artıq istehlakı immun sistemi hüceyrələrinin sintezini azaldır.

3. Streslər
Stress zamanı orqanizmdə kortizol hormonunun ifrazı artır. Bu isə immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Stress xroniki hal aldıqda bu xüsusilə təhlükəlidir.

4. Güclü fiziki yükləmələr (ağır fiziki iş, idman)
Fiziki aktivlik immun sistemi üçün çox faydalıdır. Lakin çox güclü fiziki gərginliklər bütün orqanizmi və o cümlədən immun sistemini zəiflədir.

5. Pis vərdişlər
Siqaret və spirtli içkilərdə olan toksin və zəhərlər immun sisteminə güclü zərbə vurur.
Digər tərəfdən siqaret çəkən insanların nəfəs yollarında siqaretin təsirindən xroniki iltihab və qıcıqlanma yaranır ki, nəticədə onlar siqaret çəkməyənlərlə müqayisədə soyuqdəymə xəstəlikləri və tənəffüs sistemi infeksiyalarına qarşı daha həssas olur.

Oxuməni.az