İmmuniteti artıran meyvə – ananas yemək faydalıdır

İmmuniteti artıran meyvə – ananas yemək faydalıdır

18 Mart 2020 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gündür ki, əhali arasında ərzaq qıtlığı təlaşının yarandığını, insanların daha çox un məmulatları almağa maraq göstərdiklərini müşahidə edirik.

Əslində, bir çox insanlar virusla mübarizədə daha çox meyvə və tərəvəzlə qidalanmanın vacib olduğunu unudurlar. Hamımıza məlumdur ki, hər hansı virusun orqanizmdə inkişaf etməsinin başlıca səbəbi immun çatışmazlığıdır. İmmun çatışmazlığını isə yaradan səbəblərdən birincisi, lazımi miqdarda meyvə-tərəvəz qəbul etməməkdir.

Bəs, o zaman immuniteti artıran meyvə-tərəvəzlər hansılardır?

İmmuniteti artıran meyvələr arasında ananasın xüsusi yeri var. Belə ki, ananas immunitetin gücləndirilməsində çox xeyirlidir.

Soyuqdəyməyə qarşı çox faydalıdır. Təzə sıxılmış ananas şirəsi qızdırmanın salınması və nəfəs borusu infeksiyasının qarşısının alınmasında təsirlidir. Tibbi araşdırmalara görə, əvvəllər insanlar boğaz ağrısı və öskürəyi ananasın ehtiva etdiyi zülal mayasıyla aradan qaldırmağa çalışıblar.

Ananasın tərkibində olan bol miqdarda bromelain komponenti öskürəyi kəsir.

Ananas C vitamin ilə zəngindir. Tərkibi minerallar və liflərlə boldur.

Ananas insan bədəninin ehtiyac duyduğu bütün vitaminləri və 16 təbii mineralların yaradıcısıdır.

Oxuməni.az