Koronavirus bəlası: Meymunlar şəhəri "işğal etdi" - Video

Koronavirus bəlası: Meymunlar şəhəri "işğal etdi" - Video

13 Mart 2020 13:00
Bəyəndim (1) Bəyənmədim (0)

Koronavirus epidemiyası nəticəsində turist axınının kəskin zəifləməsindən dolayı Tailandın Sonqxa şəhəri digər bir təhlükə ilə üz-üzə qalıb.

Oxuməni.az xəbər verir ki, şəhərdə meymunları yemləyən turistlərin kəskin şəkildə azalması bu heyvanların günlərdir ac qalmasına səbəb olub.

Heyvanlar qida tapmaq üçün evlərə, mağazalara, müxtəlif obyektlərə hücum edir.

Məlumata görə, sakinlər sayı minlərlə olan meymunlarla mübarizə aparmaqda çətinlik çəkir.

Qeyd edilir ki, KOVİD-19 epidemiyasından dolayı Tailanda turist axını 44 faiz azalıb.

Oxuməni.az