Rusiya sarımsaq qıtlığlı ilə üzləşə bilər

Rusiya sarımsaq qıtlığlı ilə üzləşə bilər

5 Fevral 2020 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sarımsaq qıtlığlı ilə üzləşə bilər.

Oxuməni.az Rusiya mətbuatına istinadən bildirir ki, "Rosselxozbank" SC-nin sahə Ekspertizası Mərkəzinin (RSHB) ekspertləri istisna etmirlər ki, Çin koronavirusunun yayılması səbəbindən Rusiya sarımsaq çatışmazlığı ilə üzləşə bilər.

RSHB saytında yerləşdirilən araşdırmada göstərildiyi kimi, hazırda Rusiya ticarət şəbəkələri epidemiya səbəbindən Çin ərzaq məhsullarından imtina etməyə başlayır.

Lakin bankın Sahə Ekspertizası Mərkəzinin rəhbəri Andrey Dalnov bildirir ki,"ən gərgin vəziyyət əhali tərəfindən soyuqdəymə xəstəliklərinin profilaktikası üçün geniş istifadə olunan Sarımsaq tədarükü ilə yarana bilər".

Oxuməni.az