Öldürmür, sadəcə masaj edir

Öldürmür, sadəcə masaj edir

3 Aprel 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Dargözlülərə görə, bu müalicə üsulunun tayı-bərabəri yoxdur

Çin və Tayvanda özəlliklə 2000-ci ildə dəb halını alan bu müalicə əslində bir masajdır. Bir az vəhşilik kimi görünsə də, bu masaj qan axıtmır. Qeyri-adi müalicə növünün vücudda qan axışını normallaşdırdığı, yığılıb qalmış enerjini xaricə çıxartdığı, zərərli toksinləri uzaqlaşdırdığı iddia edilir. Masajçı əlindəki kəskin uclu kəsici alətləri ilə müştərisinin vücuduna zərbələr endirir və beləcə, masaj həyata keçirilir. Bu durumda qan axmamağının əsas səbəbi isə zərbələrin ehmalca vurulması və ya bəzi nöqtələrdə vücuda çox yaxın məsafədə irəli-geri çəkilməsidir. Əgər cəsarətiniz çatarsa, bu masajın 10 dəqiqəsinə 4 manat ödəyərək, xidmətdən istifadə edə bilərsiniz. Məmnun qalıb, daha çox masaja ehtiyac duyduğunuz anda 1 saatına 35 manat ödəməli olacaqsınız.

Günel Həbib

O.M.