50 qaşığı bədənində saxlayan azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü

50 qaşığı bədənində saxlayan azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü

2 Aprel 2012 15:57
1 162
Bəyəndim (0) Bəyənmədim (0)

Borçalı sakini İtaliyada keçirilən Ginnesin rekordları şousunda iştirak edib. APA-nın məlumatına görə, adı Ginnesin Rekordlar Kitabına düşən Marneuli sakini Etibar Budaqlı-Elçiyev ötən həftə İtaliyaya dəvət olunduğunu və bu ölkəyə səfər etdiyini söyləyib: "İtaliyada təşkil edilən şouda iştirak etdim və daha əvvəl Gürcüstanda bədənimin maqnit qüvvəsi ilə saxladığım 50 qaşıq şousunu təkrar nümayiş etdirdim. Mənə rəsmi şəkildə Ginnesin Rekordlar Kitabının rekordçusu medalını təqdim etdilər".

Xatırladaq ki, bu, Etibar Budaqlı-Elçiyevin üçüncü rekordudur. Bundan əvvəlki rekordlar Tiflisdə və Marneulidə qeydə alınıb.

O.M.