Kitab seçərkən əsas nəyə diqqət yetirməli

Kitab seçərkən əsas nəyə diqqət yetirməli

27 Yanvar 11:20
817
Bəyəndim (0) Bəyənmədim (0)

Yaş qrupuna görə kitab növləri

1-3 yaş arası uşaqlar üçün: Cizgili, sevimli, cəlbedici rəsmləri olan kitablara üstünlük verilməlidir. Az kəliməli, bol rəsmli olmalıdır. Kitabın içindəkilər uşağın tanıdığı, gördüyü dünyadan, əşya və nəsnələrdən ibarət olmalıdır. Məsələn: Velosipedə minən siçanlar kimi.

Kitab yüngül və asan daşına bilən olmalıdır.

4-5 yaş arası uşaqlar üçün: Kitablar, qısa və asan dili olan nağıl və hekayələrdən ibarət olmalıdır. Asan mətnlər uşaqların zehnində daha asan canlanır. Canlı rəsmləri olmalıdır.

5-8 yaş arası uşaqlar üçün: Təsirli hekayələri olan və yeni məlumatların öyrədildiyi kitablara üstünlük verilməlidir. Detallara söykənən rəsmləri olmalı və maraq dairələrinə uyğun olmalıdır. Sadəcə yaxşı deyil, pis obrazları da tanıtmalıdır. Yaxşı ilə pisi, mənfi ilə müsbəti ayırd etməyə kömək etməlidir. Yaradıcı sujeti olan əsərlərə üstünlük verilməlidir.

8-12 yaş arası uşaqlar üçün: Uşağın xarakterinə və maraq dairəsinə uyğun kitablar seçilməlidir. Təkcə öyrədici deyil, düşünmə və sorğulama bacarığını inkişafına dəstək olan kitablara üstünlük verilməlidir.

Oxuməni.az