Albalı – vitamin, mineral və antioksidantlarla zəngin meyvədir

Albalı – vitamin, mineral və antioksidantlarla zəngin meyvədir

22 Yanvar 12:25
900
Bəyəndim (0) Bəyənmədim (3)

Oxuməni.az “MedikForum.ru”ya istinadən onun beş faydasını təqdim edir:

- Albalını qidaya əlavə etməklə ürəyin sağlamlığını qorumaq olar. “Nutrients” jurnalında dərc edilən tədqiqat göstərmişdi ki, meyvə ürək-damar xəstəlikləri ilə mübarizədə yetərincə rol oynayır. Xüsusilə də, onun miokard infartkı riskinin azalması üçün xeyirli olması məlum olmuşdu.

- Meyvənin tərkibindəki antioksidantlar müxtəlif xroniki xəstəliklərlə bağlı olan turşuluq stresi ilə mübarizədə kömək edir. Tədqiqatların icmalı göstərmişdi ki, albalının qidaya əlavə olunması təkcə turşuluq stresini aşağı salmır, həm də sistemli iltiabı azaldır.

- Albalının anti-iltihabi xüsusiyyətləri artrit və podaqradan əziyyət çəkən insanlar üçün xeyirlidir. Tədqiqat göstərmişdi ki, iki pors albalı qəbul edildikdən beş saat sonra iltihabi markerlər və sidik turşusunun səviyyəsini yetərincə aşağı salır.

- Albanının tərkibindəki melatonin yuxu siklini tənzimləməyə kömək edir. Orqanizmdə melatoninin yüksək səviyyədə olması yuxunun ümumi keyfiyyətini yaxşılaşdırır.

- Albalıdakı anti-iltihabi və antioksidant birləşmələr fiziki iş nəticəsidə yaranan əzələ ağrılarını azaldır.

Oxuməni.az