Dişlərin tez çürüməsinin səbəbi bəlli oldu

Dişlərin tez çürüməsinin səbəbi bəlli oldu

22 Yanvar 10:23
544
Bəyəndim (0) Bəyənmədim (5)

Gözəl təbəssüm üçün sağlam dişlər vacibdir. Lakin bəzən dişlərimizin qeydinə qala bilmirik. Nəticədə isə çürüklər meydana gəlir. Buna səbəb isə bilavasitə yediyimiz qidalardır.

Ağ çörək
Tüpürcəkdə olan Amilaza - həzm fermenti karbohidratları şəkərə çevirir. Nişastanı və digər karbohidratları parçalayır. Tüpürcək vəzləri və mədəaltı vəzidə sintez olunur. Lakin şəkəri zərərli edən ünsür ağızdakı bakteriyaların şəkəri yeməsi və turşu ortaya çıxarmasıdır. Əgər ağızda heç bir plak yoxdursa, şəkəri turşuya çevirəcək və diş çürüyü yaranmasının qarşısı alınacaq.

Siqaret
Diş və diş ətlərinə zərər verir, ağız qoxusuna səbəb olur.

Spirtli içkilər
Tüpürcək ağızda yarana biləcək plakın və turşunun təsirini azalda bilən ilk qoruyucumuzdur. Buna görə də ağız quruluğuna səbəb olan hər şey dişlərə zərərlidir. Alkoqol da ağız boşluğunda quruluq yaradır. Diş sağlamlığınızı qorumaq istəyirsinizsə, alkoqoldan uzaq durun.

Kola
Ən zərərli içkilərdən hesab olunur. Çünki tərkibində həm fosfat turşusu, həm də limon turşusu var.

Yapışqan qidalar (lokum, jeli bon və s.)
Şirniyyatdan daha zərərlidir. Çünki tərkibində daha çox şəkər var və limon turşusu ehtiva edir.

Meyvə şirələri
PH səviyyəsi 7-dən aşağı olan qidalar dişlərə ziyandır. Meyvə sularında PH I 2,5 olduğu üçün meyvə suları dişlər üçün ziyanlı hesab olunur.

Limon
PH səviyyəsi 2 olduğuna görə dişlərə ziyandır

Erneji içkiləri
Sitrik asit ve şəkər ehtiva etdiyi üçün zərərlidir.

Quru meyvə
Quru meyvələr karbohidrat ehtiva edir. Eyni zamanda quru meyvələr yapışqanlığına görə ağız boşluğunda daha uzun müddət qalır. Davamlı meyvə yeyib dişlərinizi fırçalamasanız, dişlərinizin çürüməsi daha sürətli gedəcək.

Oxuməni.az