Çində təxminən 200 nəfər naməlum virusa yoluxub + Video

Çində təxminən 200 nəfər naməlum virusa yoluxub + Video

21 Yanvar 10:48
927
Bəyəndim (2) Bəyənmədim (0)

Əvvəllər bilinməyən koronavirus ağır pnevmoniyaya səbəb olur və Çində geniş yayılmağa davam edir. Hal-hazırda yoluxmuş şəxslərin sayı 200-ə çatıb. ÇXR hökumətinin məlumatına görə, artıq üç nəfər ölüb, 40-dan çox insan xəstəxanaya yerləşdirilib.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, əvvəlcə virus dekabrın sonunda Çinin mərkəzində Uhan şəhərində aşkar edilmişdir. İlk infeksiya halları dəniz məhsullarının satıldığı bazarla əlaqələndirilir və buna görə bazar bağlanır.

Artıq məlum olmayan pnevmoniyanın törədicisi Yaponiya, Tailand və Cənubi Koreyada peyda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)