Cizgi film qəhrəmanından möhtəşəm evlilik təklifi + Video

Cizgi film qəhrəmanından möhtəşəm evlilik təklifi + Video

19 Yanvar 21:59
1 321
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-da qeyri-adi evlilik təklifi edilib.

Oxumeni.az ted.az-a istinadən bildirir ki, Amerikalı gənc özünü və sevgilisini cizgi filminin qəhrəmanlarına çevirərək evlilik təklifini edib.

Li Loçler adlı ABŞ vətəndaşı "Yatmış gözəl" cizgi filminin qəhrəmanları şəhzadə Filip və şəhzadə Avroranın öpüş səhnəsini özünküləşdirib. O, özünü və sevgilisini bu cizgi filminin qəhrəmanları kimi əks etdirib. Bu işə rejissor 6 ay vaxt sərf edib. Film hazır olan kimi Loçler Bruklində yerləşən "Coolidgə Corner" adlı tarixi muzeyini kiralayıb sevgilisini ora dəvət edib. Əvvəl hər şey yolunda gedib, sonra isə şəhzadə Filip nişan üzüyünü çıxarıb evlilik təklifini etdiyi zaman üzüyü qutusu ilə birlikdə zala atıb, o zaman Li Loçlerin sürprizinin üstü açılıb. O, "Mənimlə uzun və xoşbəxt həyat keçirməyə razısanmı?", - deyə sevgilisinə müraciət edərək müsbət cavabı alıb.

Proses boyunca cizgi filminin qəhrəmanları da olanlara münasibət bildirib, sürprizdə aktiv iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)