Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb

Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb

17 Yanvar 2020 16:08
Bəyəndim (2) Bəyənmədim (0)

Numbeo statistik resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.

Oxumeni.az xəbər verir ki, kompaniyanın hesabatında “həyat dəyəri indeksi” üzrə lider Sürix olub. İlk beşlikdəki bütün yerlərdə İsveçrə şəhərləri qərarlaşıb. Sürixin ardınca Bazel, Lozanna, Cenevrə və Bern gəlir. Onluğa, həmçinin Stavanger, Oslo və Tronheym (hər üçü Norveç), Reykyavik (İslandiya) və Bergen (Norveç) şəhərləri daxildir.

Reytinqə görə, Bakı ən bahalı şəhərlər arasında 390-cı yerdədir. Moskva 251-ci, İstanbul 325-ci, Ankara 362-ci, Yerevan 380-ci, Tbilisi 404-cü yeri tutur.

Siyahıya ümumilikdə 440 şəhər daxil edilib. Xidmətin saytında qeyd olunur ki, reytinq mağaza və restoranlarda qiymətlər, nəqliyyatda gediş haqqı, kommunal xidmətlərə çəkilən xərc, habelə yerli əhalinin alıcılıq qabiliyyəti əsasında tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az