İndoneziyada özünə bənzəyən birinə mesaj yollayan qız onun əkizi olduğunu öyrənib

İndoneziyada özünə bənzəyən birinə mesaj yollayan qız onun əkizi olduğunu öyrənib

17 Yanvar 13:27
1 061
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az “HaberGlobal”-a istinadən xəbər verir ki, Cənubi Sulavesinin Qoşa qəsəbəsində yaşayan 16 yaşlı Nabila Az-Zəhraya “Instagram”dan mesaj gəlib.

Nadya Elvira adlı həmyaşıdı ona “səncə, bir-birimizə çox oxşamırıq?” mesajı yazıb.

Görüntülü olaraq danışan qızlar bir-birini görəndə şoka düşüblər.

Onlar söhbət zamanı keçmişlərinin 90 faizinin bir-birinə bənzədiyini anlayıblar.

Bu hadisəni ailəsinə danışan Nabila Az-Zəhra valideynlərinin onu övladlığa götürdüklərini öyrənib.

Məlum olub ki, Zəhranın əsl valideynləri maddi vəziyyətləri çətin olduğu üçün qızlarını 16 il əvvəl övladlığa veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az