Ukraynada 1600 yeni İİV infeksiyası rəsmi qeydə alınıb
Ötən ilin dekabr ayında Ukraynada 1600 yeni İİV infeksiyası rəsmi qeydə alınıb və 228 nəfər QİÇS-dən dünyasını dəyişib. Oxumeni.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi İctimai Sağlamlıq Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
“Ötən ilin dekabr ayında Ukraynada rəsmi olaraq 1600 yeni İİV infeksiyası qeydə alınıb ki, bunlardan da 509 xəstəyə QİÇS diaqnozu qoyulub və onlardan 228-nin həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər