Fransada oğurlanan rəsm əsərləri satışa çıxarılıb

Fransada oğurlanan rəsm əsərləri satışa çıxarılıb

14 Yanvar 2020 00:00
Bəyəndim (0) Bəyənmədim (0)

Faşist Almaniyasının işğalı zamanı Fransada oğurlanan neoimpressionist cərəyanının nümayəndələri sayılan Kamil Pissarronun “Bəyaz qar fırtınası”, Pol Sinyakın “Qızılı buynuz və Kliş limanı” əsərləri Londonda “Sotheby's” hərrac evində 26,1 milyon dollara satışa çıxarılıb.

Oxumeni.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti xəbər yayıb.

K.Pissarro və P.Sinyakın əl işləri 1930-cu illərdə Parisdə kolleksiya toplayan Qaston Leviyə qaytarılıb. Almanların gəlişi ilə Q.Levi Tunisə qaçıb və müharibənin başa çatmasını orada gözləyib. Bu müddət ərzində millətçilər onun kolleksiyasını qarət ediblər.

Müharibədən sonra əsərlərdən ikisi Fransaya qaytarılaraq Parisin “D, Osre” muzeyində saxlanılırdı. Üçüncü rəsm əsəri isə Xildebrand Qurlit adlı almaniyalı rəsm alverçisinin kolleksiyasında aşkar olunmuşdu. Ötən il Almaniya dövləti onu Q.Levinin ailəsinə təqdim edib.

Hərrac evinin rəhbəri Tomas Boyda-Boumanın sözlərinə görə, bu əsərlər əvvəllər heç bir yerdə satışda olmayıb. Güman olunur ki, onlar içərisində Pissarronun çəkdiyi şəkil 15,6 milyon dollara satıla bilər.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı almanlar bu ölkədən 100 minə yaxın rəsm əsəri oğurlayıb. Onlardan 61 mini artıq Fransaya qayıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az