Jurnalistin qətlində təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib

Jurnalistin qətlində təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib

13 Yanvar 2020 21:55
Bəyəndim (1) Bəyənmədim (0)

Tədqiqatçı jurnalist Yan Kuçiakın və nişanlısı Martina Kuşnirovanın qətlindən təxminən iki il sonra cinayətdə təqsirləndirilən şəxs gözlənilmədən qətli törətdiyini etiraf edib.

Oxumeni.az xəbər verir ki, indiyədək təqsirsiz olduğunu iddia edən və istintaq təcridxanasında saxlanılan M.Miroslav jurnalisti və nişanlısını baş və sinə nahiyələrinə odlu silahla atəş açaraq qətlə yetirdiyini boynuna alıb. Mühakimə olunanlar kürsüsündə onunla yanaşı, qətldə iştirakı ehtimal olunan daha bir şəxs – sifarişçi, iş adamı Marian Koçner və sifarişçi ilə qatillər arasında əlaqə yaradan qadın da əyləşirlər.

Qeyd edək ki, İtaliyanın mafiya klanlarının Slovakiyada hökumət dairələri ilə mümkün əlaqələri barədə araşdırmalar aparan Y.Kuçiak 2018-ci il fevralın 21-də qətlə yetirilib. Hadisədən sonra ölkədə geniş etiraz dalğaları başlayıb və Baş Nazir Robert Fitso, eləcə də bir neçə nazir istefa verməyə məcbur olub.

Cinayət işi üzrə məhkəmə prosesi Bratislavanın yaxınlığındakı Pezinok şəhərində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az