İndi onu qaranlıq kraliçası adlandırırlar

İndi onu qaranlıq kraliçası adlandırırlar

13 Yanvar 2020 19:55
Bəyəndim (3) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, 26 yaşlı Cənubi Sudan əsilli amerikalı Nyakim Gatwech Efiopiyada doğulub. Uşaqlığı məcburi köçkün düşərgələrində keçib. Yoxsul ailə Efiopiyadan Sudana, Sudandan Keniyaya köçməyə məcbur olub. 14 yaşında olarkən ailəsi ilə birgə Amerikaya köçən Nyakim uşaqlıqdan irqçi münasibətlə üz-üzə qalıb. Onu tez-tez rənginin olduqca qara olması səbəbindən ələ salırdılar. "Mənə deyirdilər ki, sən cəhənnəm kimi qarasan, get duş al" - deyir Nyakim.

Amerikada olarkən universitetin fashion yarışına qatılır. Bununla da ulduzu parlayır. Ardınca gələn reklam təklifləri və jurnalların üz qabıqlarında çıxan fotoları onu afrikalı imiqrantdan amerikalı modelə çevirir.
İndi onu "the queen of darkness" (qaranlıq kraliçası) adlandırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az