Süni intellekt hesab edilən robot-jurnalist hazırlanır

Süni intellekt hesab edilən robot-jurnalist hazırlanır

13 Yanvar 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda süni intellekt hesab edilən robot-jurnalist hazırlanır.

Oxumeni.az BELTA agentliyinə istinadla xəbər verir ki, “HostFly.by” hosting provayderinin rəhbəri Aleksandr Xmıl Belarusda insan müdaxiləsi olmadan həmsöhbətlərə suallar verə biləcək və cavablara əsaslanan mətnlər hazırlayacaq süni intellektin artıq ilk sınaqdan keçirildiyini deyib. Robot-jurnalist ilk olaraq yerli nəşrlərin birində fəaliyyət göstərəcək.

Süni intellekt həmsöhbətini qiymətləndirəcək və müəyyən bir şəxs haqqında məlumatlara əsaslanan suallar yarada biləcək. Eyni zamanda, robot-jurnalist həmsöhbətin psixoloji qiymətləndirməsini aparmaq və ona emosional reaksiya verəcək sualları seçmək iqtidarında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az