Qarabaşaqın insan orqanizmi üçün saysız-hesabsız faydaları

Qarabaşaqın insan orqanizmi üçün saysız-hesabsız faydaları

13 Yanvar 2020 07:17
Bəyəndim (0) Bəyənmədim (0)

Geniş yayılan dənlilərə nisbətən qarabaşağın tərkibi manqan, maqnium və dəmir kimi minerallarla daha zəngindir.

Oxumeni.az “MedikForum”a istinadla bu dənli bitkinin faydalarını nəzərinizə çatdırır.

Ürək fəaliyyətinə müsbət təsir göstərir

Qarabaşağın tərkibində ürək üçün faydalı olan rutin və sellüloz kimi birləşmələr mövcuddur. “Food Research International” jurnalında dərc edilən tədqiqat materialında bildirilir ki, qarabaşaq qan dövranının yaxşılaşdırılmasında istifadə olunan güclü oksidant – rutin üçün əla mənbədir.

Həzmi yaxşılaşdırır

Qarabaşağın qida lifləri həzm sisteminin yaxşılaşmasına kömək edir. “Gastroenterology Review”də dərc olunmuş tədqiqat, həmçinin göstərir ki, qida lifləri bağırsağın iltihabi xəstəliklərə tutulma ehtimalını aşağı salır.

Qanda şəkərin miqdarını nizamlayır

Bu dənli bitki mürəkkəb karbohidratların mənbəyidir. Karbohidratlar gec həzm olunur, bu da öz növbəsində qanda şəkərin miqdarına daha az təsir göstərir. Bu isə şəkərin miqdarının tədricən artması və sabitliyin daha uzun müddətə qorunub saxlanması ilə nəticələnir. “The New England Journal of Medicine” jurnalında yayılan hesabatda müşahidə edilir ki, sellülozla zəngin olan pəhrizlər qlikemik nəzarəti gücləndirməyə və orqanizmdə insulinin yüksək miqdarını azaltmağa yardım edir.

Çəkiyə nəzarətə yardım edir

Kliniki qidaya dair Amerika jurnalında dərc olunan tədqiqat sübut edir ki, bədən kütləsinin tənzimlənməsində zülal əsas rol oynayır. Tədqiqatçılar bunu toxluqla və ya yeməkdən sonra doyma hissi ilə əlaqələndirirlər. Toxluq hissini artıran məhsullar daha uzun müddətə aclığın qarşısını almağa, qəbul edilən ümumi kalorini səmərəli şəkildə azaltmaq imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az