21 yaşlı qız oğlan cildində 50 qıza təcavüz etdi - Fotolar

21 yaşlı qız oğlan cildində 50 qıza təcavüz etdi - Fotolar

11 Yanvar 2020 15:15
Bəyəndim (1) Bəyənmədim (0)

16 yaşlı oğlan kimi maskalanan 21 yaşlı britaniyalı qız 50-yə yaxın yeniyetmə həmcinsinə təcavüz edib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, özünü 16 yaşlı Ceyk Uoton kimi təqdim edən Cemma Uots qurbanlarını “Snapchat” və “Instagram”dan tapır, onların etibarını qazandıqdan sonra isə “WhatsApp” vasitəsilə intim foto və ismarıc mübadilələri aparırdı.

O, öz rolunda o qədər inandırıcı olub ki, hətta qızların bəzilərinin valideynləri ilə Ceyk kimi vaxt keçirib.

2018-ci ilin martında qurbanlardan biri öz həkiminə onu zorlayan oğlanla münasibətlərindən danışıb. Bundan sonra polis araşdırmalara başlayıb və oğlan kimi geyinən yeniyetmənin əslində gənc qız olduğunu öyrənib. Lakin Cemma bu məsələni o qədər inandırıcı təkzib edib ki, hüquq mühafizəçilər onu buraxıblar.

Daha sonra polis müxtəlif vaxtlarda daha bir neçə qurbanla danışıb, araşdırmalara başlayıb.

Nəhayət 2019-cu ildə Cemma həbs edilib. Qız “Ceyk” kimi maskalandığını etiraf edib.

Ümümilikdə onun fəaliyyətindən 20-50 arası qızın zərər çəkdiyi ehtimal edilir. Lakin 21 yaşlı qız ancaq yeddi faktı boynuna alıb.

Məhkəmə artıq ona hökm oxuyub. Qərara əsasən, Cemma Uots cinsi təcavüz ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az