Atatürkü yanağından öpdü

Atatürkü yanağından öpdü

22 Aprel 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Şəhər meydanında oynayan uşaq "Atatürk"ün heykəlinə çıxıb, onu yanağından öpdü.


Adapazarı polis bölməsinin küçə kamerasına tuş gələn balacanın bu hərəkəti gözləri doldurdu. Dostu ilə monumentin yanına gələn uşaq sonradan heykəlin üstünə çıxmağa başladı. Bu zaman qanun keşikçiləri onu daha yaxından görüntülədilər.


3 dəqiqəlik lentdə balaca Atatürk heykəlinin çiynində oturaraq, onun yanağından öpüş qopardır. Sonra sakitcə yerə enərək dostu ilə birlikdə heykəlin qarşısında foto çəkdirməyi də unutmur.


Atatürk məhəbbəti dodaqdan qəlbə, qəlbdən dodağa qədər uzanır...


Günel Həbib


O.M.