Dünyanın ən ağıllı şəhərləri açıqlandı

Dünyanın ən ağıllı şəhərləri açıqlandı

11 Yanvar 2020 09:11
Bəyəndim (2) Bəyənmədim (0)

Sinqapur, Oslo və Sürix dünyanın ən ağıllı (texnoloji cəhətdən) şəhərlərinin siyahısının ilk pillələrində qərarlaşıblar. Oxumeni.az-ın məlumatına görə, bu, Dünya Rəqabətqabiliyyətlilik Mərkəzinin (IMD) "Smart City" Rəsədxanası və Sinqapur Texnologiya və Dizayn Universitetinin birgə araşdırması ilə təsbit edilib.

Onluğa, həmçinin, Cenevrə, Kopenhagen, Oklend, Taybey, Helsinki, Bilbao və Düsseldorf şəhərləri daxil edilib.

Hesablamalarda əsasən səhiyyə, vətəndaşların təhlükəsizliyinin təminatı, mobillik (nəqliyyatın əlçatanlığı), ictimai aktivlik, imkanlar və şəhərin idarəedilməsi kimi göstəricilər nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az