Çində koronavirusun yeni növünə yoluxanlardan bir nəfər ölüb

Çində koronavirusun yeni növünə yoluxanlardan bir nəfər ölüb

11 Yanvar 2020 08:33
Bəyəndim (1) Bəyənmədim (0)

Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virusa yoluxanlardan bir nəfər ölüb.

Oxumeni.az xəbər verir ki, bu barədə virusun yayıldığı Uxan şəhərinin səhiyyə komissiyası məlumat yayıb. Hazırda bu virusa yoluxmuş 41nəfər xəstəxanaların infeksion xəstəliklər şöbəsində ətraf mühitdən təcrid edilmiş vəziyyətdə müalicəyə cəlb olunublar. Xəstələrdən 7 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, dekabrın son günlərində Çinin Uxan şəhərində 59 nəfərin sətəlcəmin naməlum növünə yoluxması barədə məlumatlar yayılmışdı. İlkin müayinələr zamanı bu kəskin respiratorlu virusun “quş qripi”, “bənövşəyi ölüm” adlanan SARS virusu, Yaxın Şərq ölkələrində respirator koronovirusu (MERS) olmadığı bildirilmişdi. Daha sonradan həkimlər və mütəxəssislər karantin nəzarətinə alınmış xəstələrdən götürülmüş nümunələrin analizləri nəticəsində belə qənaətə gəliblər ki, yayılan virus koronavirusun yeni növüdür. Koronavirus tənəffüs yolları və qarın boşluğu xəstəliklərinə səbəb ola bilər.

Xəstəliyə yoluxanlarla yaxın ünsiyyətdə olan 739 nəfər, o cümlədən 419 tibb işçisi müayinədən keçirilib və onlarda bu virusa yoluxma aşkar edilməyib. Hələlik virusun insandan insana keçməsi faktı təsdiqlənməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az