Kanada həlak olanlara görə ağlayır + Video

Kanada həlak olanlara görə ağlayır + Video

11 Yanvar 2020 09:47
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Ukrayna Hava Yollarına məxsus “Boeing-737” tipli təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfər həlak olub. Onların xatirəsinə həsr olunmuş matəm mərasimində yüzlərlə insan toplaşıb. Tədbirdə Kanadanın Baş naziri Castin Trüdo da iştirak edib. Toplaşanlar gül gətirdilər və şam yandırdılar. İnsanlar faciə ilə bağlı qəzəblərini gizlətmədilər.
Qəza nəticəsində Kanadanın 63 vətəndaşı həlak olub.

Matəm mərasiminə toplaşanların çoxu İran hakimiyyətini ittiham ediblər, amma ABŞ prezidenti Donald Trampı əsas günahkar sayanlar da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)