Polşada süni sümük yaradılıb

Polşada süni sümük yaradılıb

10 Yanvar 2020 23:26
Bəyəndim (1) Bəyənmədim (0)

Polşanın Lüblin şəhərində tibdə ilk dəfə olaraq süni sümükdən istifadə olunub.

Oxumeni.az xəbər verir ki, bu yeni texnologiya xəstələri amputasiyadan xilas edəcək.

Süni sümük ilk dəfə eksperiment olaraq 8 il əvvəl Daniel Bardeqa adlı xəstəyə köçürülüb. O motosiklet qəzasında ayağını itirmək təhlükəsi ilə qarşılaşmış və eksperimental əməliyyata razılıq vermişdi. Xəstənin sağ ayağı əməliyyat nəticəsində tamamilə dağılmışdı. İlk eksperiment uğurla tamamlanıb. Hazırda xəstə tamamilə sağalıb və kənar şəxslərin köməyi olmadan yeriyə bilir.

Süni sümüyün üstünlüyü ondadır ki, heyvan toxumalarından istifadə olunmadan tam yeni innovativ texnologiya ilə hazırlanıb və zamanla onun ətrafında yeni hüceyrələr yaranır.

İndiyədək 14 beynəlxalq mükafata layiq görülən eksperimental layihə 1 milyon avro məbləğində qrant alıb. 41 xəstə bu layihədən artıq yararlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az