İranda qəzaya düşən təyyarə raketlə vurulub - Şok iddia

İranda qəzaya düşən təyyarə raketlə vurulub - Şok iddia

10 Yanvar 10:24
938
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ və İraq kəşfiyyatçıları Tehranda düşən Ukrayna avialaynerinin səhvən zenit-raket sistemləri tərəfindən vurulduğunu ehtimal edir.

Oxumeni.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. Pentaqon nümayəndəsinin nəşrə verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemləri təsadüfən işə düşüb. İddialara görə, bir neçə saat əvvəl ABŞ-ın İraqdakı bazalarına hücumla əlaqədar həmin raketlər aktiv olublar və İran Ukrayna təyyarəsini ABŞ hərbi təyyarəsi zənn etdiyi üçün raketləri atıb.

İran tərəfi iddiaları təkzib edib.

Qeyd edək ki, Tehran qəzanın mühərrikdə yanğının baş verməsi səbəbindən meydana gəldiyini ehtimal edir.

Xatırladaq ki, "Boeing 737"nin qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az