Budapeştdə orijinal virtual reallıq parkı açılıb

Budapeştdə orijinal virtual reallıq parkı açılıb

9 Yanvar 2020 21:46
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın paytaxtında Avropada ən böyük virtual reallıq parkı açılıb.

Oxumeni.az xəbər verir ki, yeni əyləncə mərkəzinə gələnlərə çox maraqlı istirahət növü təklif edilir. Buraya gələnlər parkdakı tematik zonaların birindən digərinə keçərək özlərini döyüş filmlərinin qəhrəmanlarından birinin, yaxud sevimli nağılların personajlarından birinin obrazında hiss edə biləcəklər.

Keçmiş kinoteatr binasında yerləşən bu mərkəzin ümumi sahəsi 2000 kvadrat metrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az