Bu şəhərin sakinləri 40 gün günəş üzü görmür

Bu şəhərin sakinləri 40 gün günəş üzü görmür

9 Yanvar 2020 16:03
Bəyəndim (1) Bəyənmədim (0)

Fotoqraf Amos Çappl Rusiyanın 40 gün günəşsiz qalan Murmansk şəhərinin şəkillərini çəkib.

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

22 May - 22 İyul tarixləri arasında günəşi heç batmayan və gecəsi olmayan Murmansk şəhəri ilin digər 40 günü, əksinə, qaranlığa qərq olur.

Yayda iki ay elektrik enerjisindən, demək olar, istifadə etməyən sakinlər qənaət etdikləri pulu qışın günəşsiz günlərində - "qütb gecələrində" - xərcləyirlər.

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

Rusiyada Şimal Qütb (Arktik) dairəsində 30-dan çox şəhər var. Onlardan ən böyüyü 300 min əhalisi olan Murmanskdır. Burada dekabrın 2-dən fevralın 11-nə kimi günəş çıxmır.

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

Şəhər 1916-cı ildə Birinci Dünya Müharibəsi zamanı qurulub.

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

İnanmaq çətin olsa da, Murmanskda insanlar 40 gün qaranlıqda alış-veriş edir, sosial həyat ehtiyaclarını qarşılayırlar.

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

Günəşsiz günlər sağlamlığa ciddi təsir göstərir. Ultrabənövşəyi işıq və vitamin çatışmazlığı səbəbindən Arktika şəhərlərinin sakinləri arasında depressiya və letargiya çox yayılıb.

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

Bu şəhərin sakinləri 40 gün GÜNƏŞ ÜZÜ GÖRMÜR - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az