ABŞ-da ilk dəfə olaraq qorillanın gözündə katarakta əməliyyatı keçirilib + Video

ABŞ-da ilk dəfə olaraq qorillanın gözündə katarakta əməliyyatı keçirilib + Video

9 Yanvar 2020 14:00
Bəyəndim (3) Bəyənmədim (0)

San-Dieqo (ABŞ) zooparkında həkimlər qorillanın gözündə mirvari suyunu (katarakta) aradan qaldırıblar.

BBC xəbər verir ki, göz cərrahı Kris Xeyxel ilk dəfə olaraq meymunu əməliyyat edib.

Lesli ləğəbli üç yaşlı qorillanın sol gözü görmə qabiliyyətini itirmək üzrə idi. Zoopark işçiləri bunun zədə nəticəsində baş verdiyini ehtimal edirlər.

Həkimlər əzələlərin farmaseptik blokatorundan istifadə edərək Leslinin gözünü hərəkətsizləşdiriblər. Daha sonra cərrah bulanıq billurcuğu sunisi ilə əvəz edib.

Meymun əməliyyatdan sonra reabilitasiya keçərək sürüsünə qayıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)