Uşaqların həyatı lotereyada oynanacaq + Video

Uşaqların həyatı lotereyada oynanacaq + Video

4 Yanvar 2020 22:52
Bəyəndim (7) Bəyənmədim (0)

Əsas mükafat pul deyil, insan həyatı olduğu bir lotereya düşünün. Məhz bu lotereyanı İsveçrə şirkəti Novartis keçirmək qərarına gəlib. O, uşaqlarda spinal əzələ atrofiyasının (SMA) müalicəsi üçün preparat işləyib. Dünyada analoqu yoxdur, dəyəri isə 2 milyon dollardan çoxdur - bu gün dünyanın ən bahalı dərmanıdır.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, şirkət xəstələr arasında lotereya keçirmək qərarına gəldi. Təşəbbüs yaxşı görünür, amma etik baxımdan bir çox suallar doğurdu.
"Bəli, problem mürəkkəbdir - Zolgensma preparatını hazırlayan tədqiqat laboratoriyasının rəhbəri David Lennon etiraf edir. - Təəssüf ki, dünyada bu dərmana kəskin ehtiyacı olan çoxlu uşaq var. Amma dərmanı lazımi həcmdə istehsal edə bilmirik. Ona görə də biz belə bir üsul fikirləşdik ki, burada bütün xəstələrin şansları bərabər olacaq". Spinal əzələ atrofiyası, əlbəttə, nadir hallarda olur, lakin xəstə uşaqlar müqayisəedilməz dərəcədə çoxdur.

Spinal əzələ atrofiyası-irsi xəstəliklərdən doğan uşaq ölümü faktorlarının siyahısında birinci yerdə duran diaqnozdur.

Lotereya ilə bağlı fikirlər ayrıldı: bəziləri üçün - bu, həyat üçün bir şansdır, digərləri üçün - insanların duyğularında çox mürəkkəb bir oyun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)