Çində 44 nəfər naməlum pnevmoniyaya yoluxub

Çində 44 nəfər naməlum pnevmoniyaya yoluxub

4 Yanvar 2020 16:36
Bəyəndim (3) Bəyənmədim (0)

Çində naməlum xəstəliklə bağlı 165 nəfər tibbi nəzarət altında saxlanılır.

Oxumeni.az-ın verdiyi xəbərə görə, ilk olaraq yeni dəniz məhsullarının satıldığı bazarda işləyən şəxslərdə aşkar olunan xəstəliyə diaqnoz qoya bilmirlər. Belə ki, insanlarda yüksək temperatur, nəfəs almaqda çətinlik yaranır. Bu xəstəliyin ağciyərlərə də təsir etdiyi bildirilir.

Bugünə kimi bu xəstəliyə 44 nəfər yoluxub, onlardan 11-nin vəziyyəti ağırdır. Həmin şəxslərlə ünsiyyətdə olan daha 121 nəfər də tibbi nəzarətə götürülüb.

Onlar təxrid olunmuş xəstəxanada müalicə olunurlar. Müayinələr zamanı bu xəstəliyin qrip, quş qripi olmadığı müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az