Bu ölkədə insanlar cəsət qoxlamaq üçün növbə tuturlar

Bu ölkədə insanlar cəsət qoxlamaq üçün növbə tuturlar

26 Mart 2012 22:37
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada sakinlər "cəsət çiçəyi"ni qoxlamaq üçün botanika bağına axın edirlər.

Latınca adı "Amorphophallus titanum" olan, ildə sadəcə üç gün açan və pis ətrinə görə "cəsət çiçəyi" adlandırılan bitki Kiyel şəhərindəki botanika bağında yenidən gün işığına çıxdı. "Dillərə dəstan qoxusu" ilə məşhurlaşan çiçəyi görmək istəyən minlərlə insan bağa tərəf üz aldı. Ziyarətçilərə görə, hər nə qədər pis ətri olsa da, ildə sadəcə üç gün açan çiçəyə tamaşa etmək gözəl bir şeydir. Oxumeni.az-ın xəbərinə görə, 800 metr uzaqlıqdan iyi hiss edilən çiçək İndoneziyanın Sumatra meşələrində italiyalı səyyah Oroardo Beccari tərəfindən 1878-ci ildə kəşf edilib.

Günel Həbib